image-2000x150px
image-123
image-ads_atlas
“Qarabağ”dan son 17 mövsümün rekordubackend

“Qarabağ”dan son 17 mövsümün rekordu

image-728x90px

Azərbaycan Premyer Liqasının 18 turundan sonra çempionatın ən məhsuldar komandası “Qarabağ”dır.

Doğru.az PFL-in saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi 42 qol vurub. Qurban Qurbanovun baş məşqçisi olduğu komandanın orta məhsuldarlığı 2,33-ə bərabərdir. Bu, son 17 mövsümün mütləq rekordudur.

2004-cü ildən sonra heç bir komanda ilk 18 turda bu qədər qol vurmayıb. Belə məhsuldarlığa sonuncu dəfə 2003/04 mövsümündə təsadüf olunub. Həmin vaxt “Qarabağ” 18 turda 51 qol vurub. Ümumiyyətlə isə Ağdam təmsilçisinin cari mövsümdəki göstəricisi ölkə çempionatları tarixində 15-ci nəticədir. Rekord isə 1998/99 mövsümündə qeydə alınıb. “Kəpəz” 18 oyundan sonra 63 qol vurub. İkinci nəticəyə də sahib olan gəncəlilər 1995/96 mövsümündə 60 dəfə fərqlənib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki