image-2000x150px
image-123
image-ads_atlas
image-img_20210908_112203_968backend

Qatar-2022: Türkiyə darmadağın oldu, Serbiya xal itirdi!

image-728x90px

2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində VI tura start verilib.

Doğru.az-ın məlumatına görə, ilk oyun günündə 5 qrupda 13 qarşılaşma baş tutub.

A qrupunda yer alan Azərbaycan millisi Portuqaliyanı qəbul edib və 0:3 hesabı ilə uduzub. Qrupun digər matçında Serbiya səfərdə İrlandiyanın müqavimətini qıra bilməyib – 1:1.

Son dünya çempionu Fransa Finlandiyaya qalib gəlib – 2:0. D qrupunda digər matçında Bosniya və Herseqovina evdə Qazaxıstanla bacarmayıb.

G qrupunda mübarizə aparan Türkiyə seçməsi isə səfərdə Niderlanda 1:6 hesabı ilə uduzub.

DÇ-2022, seçmə mərhələ VI tur 4 sentyabr

A qrupu

20:00. Azərbaycan – Portuqaliya – 0:3

22:45. İrlandiya – Serbiya – 1:1

Xal durumu: Serbiya – 10, Portuqaliya – 10, Lüksemburq – 6, İrlandiya – 1, Azərbaycan – 1

D qrupu

22:45. Bosniya və Herseqovina – Qazaxıstan – 2:1

22:45. Fransa – Finlandiya – 2:0

Xal durumu: Fransa – 9 (5 oyuna), Finlandiya – 5 (3), Ukrayna – 5 (5), Bosniya və Herseqovina – 2 (3), Qazaxıstan – 2 (4)

F qrupu

22:45. Danimarka – İsrail – 5:0

22:45. Avstriya – Şotlandiya – 0:1

22:45. Farer adaları – Moldova – 2:1

Xal durumu: Danimarka – 15, İsrail – 10, Şotlandiya – 8, Avstriya – 7, Farer adaları – 1, Moldova – 1

G qrupu

22:45. Monteneqro – Latviya – 0:0

22:45. Norveç – Cəbəllütariq – 5:1

22:45. Niderland – Türkiyə – 6:1

Xal durumu: Türkiyə – 11, Niderland – 10, Norveç – 10, Monteneqro – 7, Latviya – 4, Cəbəllütariq – 0

H qrupu

22:45. Rusiya – Malta – 2:0

22:45. Slovakiya – Kipr – 2:0

22:45. Xorvatiya – Sloveniya – 3:0

Xal durumu: Rusiya – 10, Xorvatiya – 10, Sloveniya – 7, Slovakiya – 6, Malta – 4, Kipr – 4

Yoldaşlıq görüşü

22:45. Lüksemburq – Qətər – 1:1

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki