image-n1karobka_ads
image-123
image-4e24c9cd-b604-380a-875a-351ffe8766df_850backend

Qaxda qadın sürücü piyadanı səkidə vurdu

image-ad_qayo_720x110px

Qax rayonunda qadın sürücü idarə etdiyi avtomobillə 65 yaşlı piyadanı səkidə vurub.

Hadisə şəhərin Azərbaycan prospektində baş verib.

Belə ki, Sevinc Şıxəmirova idarə etdiyi “KİA” markalı avtomobillə hərəkətdə olarkən Qax şəhər sakini, 1958-ci il təvəllüdlü Nərminə Zeynal qızı Omarovanı vurub.

Yaralı Təcili Tibbi Yardım avtomobili ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

65 yaşlı qadının vəziyyətinin orta ağır olduğu bildirilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki