image-2000x150px
image-123
image-ads_atlas
image-editor_75482a1f9411c0dd5935af69a28cb2f3_j24ucvx0qtyw3i1sro7a-620x403backend

Qayda pozuntusu törədərək sosial şəbəkədə paylaşan daha bir qadın sürücü saxlanılıb – VİDEO

image-728x90px

İdarə etdiyi “Range Rover Velar” markalı avtomobillə yol hərəkət qaydasını pozaraq bunu sosial şəbəkə hesabında paylaşan Afət Əhməd qızı Quluzadə saxlanılıb.

Doğru.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

İzahatında törətdiyi əməldən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirən A.Quluzadə barəsində inzibati protokol tərtib edilib.

BDYPİ bir daha bütün sürücülərdən bu kimi hallara yol verməmələrini tələb edir və xəbərdarlıq edir ki, belə hallara yol verən şəxslər aşkar edildikdə heç bir istisna olmadan barələrində ciddi tənbeh tədbirləri görüləcək.

Xatırladaq ki, bir neçə gün əvvəl başqa bir qadın sürücü qayda pozuntusuna görə saxlanılaraq cəzalandırılmışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki