image-n1karobka_ads
image-123
image-rtx6pr20-pic_32ratio_900x600-900x600-18564backend

Qazaxıstan əmtəə birjaları üçün tələbləri sərtləşdirmək istəyir

image-ad_qayo_720x110px

Qazaxıstan əmtəə birjalarının və onların iştirakçılarının məsuliyyətini sərtləşdirməyi planlaşdırır.

Qazaxıstan hökumətinin saytı xəbər verir ki, Qazaxıstanın baş naziri Əlixan Smailov İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərin hazırlanması barədə göstəriş verib.

Hökumətin iclasında o bildirib ki, son 5 ildə ölkənin əmtəə birjaları haqqında qanunvericiliyi iki dəfə dəyişib, lakin onlar hələ də bazarda öz funksiyalarını tam yerinə yetirmir.

Onun sözlərinə görə, ümumiyyətlə, bu fəaliyyətin inkişafında əsas problemlərdən biri “yerin təki istifadəçiləri”nin öz ehtiyacları üçün əmtəə birjalarından istifadə etməsidir. Baş nazir vurğulayıb ki, digər problem əmtəə birjalarının mikro biznes subyektləri kimi təsnifləşdirilməsidir ki, bu da onlara son dərəcə aşağı vergi ayırmaları və yoxlamalardan yayınmağa imkan verir.

“Əlixan Smayılov 2 gün müddətində “Birja ticarəti məsələləri haqqında” qanun layihəsinə dair hökumətin rəyinin layihəsini razılaşdırmaq, əmtəə birjasının proqram təminatının informasiya təhlükəsizliyinin beynəlxalq standartlar nəzərə alınmaqla artırılması məsələsi üzərində işləmək və əlavə və dəyişikliklər paketini hazırlamaq tapşırıb.

Mənbə: Lenta.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki