image-n1karobka_ads
image-123
image-270378873_1305818036559588_7722905414004223136_nbackend

Qazaxıstanda 200-dən çox etirazçı saxlanılıb: Daxili İşlər Nazirliyi bəyanat yaydı

Qazaxıstanın hüquq-mühafizə orqanları ölkənin bir sıra regionlarında baş vermiş aksiyalar zamanı ictimai asayişi pozduğuna görə 200-dən çox insanı saxlayıb.

Bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Qanunazid hərəkətlər nəticəsində daxili işlər orqanlarının 95 əməkdaşı xəsarət alıb. 37 xidməti avtomobilə ziyan dəyib. İctimai asayişi pozduqlarına görə isə 200-dən çox şəxs saxlanılıb”, – deyə Qazaxıstan Daxili İşlər Nazirliyinin yaydığı rəsmi məlumatda qeyd olunur.

Mənbə: TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki