image-2000x150px
image-123
image-ads_atlas
image-rtx6pr20-pic_32ratio_900x600-900x600-18564backend

Qazaxıstanda rəqəmsal tenge peyda oldu

image-728x90px

Qazaxıstan Milli Bankı rəqəmsal tengeni pilot rejimdə işə salıb.

Mətbuat xidmətinin məlumatına görə, noyabrın 15-də milli valyutanın 30 illiyi tamam olur və rəqəmsal tengenin dövriyyəyə buraxılması bu tarixə təsadüf edib.

“15 noyabr 2023-cü ildə rəqəmsal tenge platforması məhdud mühitdə və real istifadəçilərlə istifadəyə verildi. Rəqəmsal tengenin tam miqyaslı tətbiqinin onun xidmətlərini, istifadə hallarını və platforma iştirakçılarının miqyasını genişləndirməklə 2025-ci ilin sonunadək başa çatdırılması planlaşdırılır”, – press-relizdə deyilir.

Milli Bank izah edib ki, bank müştəriləri xidmət göstərən bankın mobil əlavəsində rəqəmsal hesab açaraq rəqəmsal tengedən istifadə edə biləcəklər.

Mənbə: Lenta.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki