image-ads_n1karobka_mobile
“Qəbələ” klubunun prezidenti cəbhədən qayıtdıbackend

“Qəbələ” klubunun prezidenti cəbhədən qayıtdı

“Qəbələ” İdman Klubunun prezidenti Fariz Nəcəfov cəbhədən qayıdıb.

“Doğru.az” -ın məlumatına görə, 42 yaşlı funksioner yenidən öz işinin başına keçib.
Lakin o, müəyyən səbəblərdən Azərbaycan Premyer Liqasının XI turunda bu gün keçirilmiş “Sumqayıt”la səfər matçını (1:0) stadiondan izləyə bilməyib.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsinin ilk günlərindən ehtiyatda olan zabit kimi döyüşlərə qatılan Fariz Nəcəfov hərbi əməliyyatlar zamanı korpus komandiri, general-mayor Mayis Barxudarovun mühafizəsini təşkil edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki