Azərbaycan Kubokuna start veriləcək. 1/8 final mərhələsində “Qəbələ” Turan Tovuz”-la üz-üzə gələcək
Doğru.az xəbər verir ki, “Qəbələ” ölkə kubokunda 67-ci oyununa çıxacaq. İndiyədək keçirilən 66 qarşılaşmada “qırmızı-qaralar” 36 dəfə qalib gəlib, 17 dəfə heç-heçə edib və 13 dəfə uduzub. Rəqib qapılarından 112 top keçirən futbolçular 55 qol buraxıb. Kubokdakı son 7 matçda meydanı qolsuz tərk etməyən “Qəbələ”nin davam edən qələbə seriyası 3 oyundan ibarətdir. Tovuz klubu “Qəbələ”-nin Kubokda 20-ci rəqibi olacaq.
Qeyd edək ki, Tovuz şəhər stadionunda keçiriləcək oyun yanvarın 25-i 14.00-da başlayacaq.

























