image-n1karobka_ads
image-123
image-img_20211223_105017_581backend

“Qəbələ”ni çalışdırmış Qriqorçukun kitabı işıq üzü görüb!

“Qəbələ” klubunun sabiq baş məşqçisi Roman Qriqorçukun avtobioqrafik kitabı işıq üzü görüb.

Doğru.az xəbər verir ki, bu barədə 56 yaşlı ukraynalı mütəxəssisin özü “meta-ratings” saytına müsahibəsində deyib.

O, “Üç ölkənin çempionu” adlı kitabının 1 000 tirajla çap olunduğunu və bir gündə satılıb qurtardığını bildirib.

Qriqorçuk öz kitabında məşqçilik karyerasının Azərbaycan dövrünə də yer ayırıb.

Qeyd edək ki, Roman Qriqorçuk 2015 – 2018-ci illərdə “Qəbələ”yə başçılıq edib. Təcrübəli mütəxəssis Latviyanın “Ventspils”, Qazaxıstanın “Astana” və Belarusun “Şaxtyor” (Soliqorsk) komandalarının sükanı arxasında ölkə çempionluğunu qazanıb.

DOĞRU.AZ

image-img_20211223_105012_470 image-img_20211223_105009_222

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki