image-n1karobka_ads
image-123
image-qazyoxdu__1_backend

Qəbələ və Oğuz rayonlarında qaz təchizatında müvəqqəti fasilə olacaq

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi Qəbələ və Oğuz rayonlarının bəzi kəndlərində qaz verilişinin müvəqqəti dayandırılacağını açıqlayıb.

Məlumata görə, Qəbələ rayonunun Nohurqışlaq kəndində qaz xətlərinin yerinin dəyişdirilməsi ilə bağlı sabah, saat 10:00-dan etibarən işlər başa çatanadək qaz təchizatı dayandırılacaq.

Bu, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş Mehdiyev Elvin Telman oğluna məxsus torpaq sahəsindən keçən D108 mm-lik aşağı təzyiqli qaz xətti və Şabəddinov Mansur Ağalar oğluna məxsus sahənin qarşısından keçən D=57 mm-lik orta təzyiqli qaz xəttinin relokasiyası ilə əlaqədardır.

Nəticədə Nohurqışlaq kəndində 350 abonent müvəqqəti olaraq qazsız qalacaq.

Eyni zamanda, Oğuz rayonunun Kərimli kəndi ərazisində D219 mm-lik yerüstü orta təzyiqli qaz xətti üzərində ölçü qovşağının quraşdırılması səbəbilə sabah saat 10:00-dan etibarən işlər tamamlanana qədər Xaçmaz, Xaçmaz Qışlaq, Dəymədərə, Sincan, Tərkeş, Dəymədağlı, Böyük Söyüdlü və Qarabulaq kəndlərində ümumilikdə 2 244 abonentin qaz təchizatı dayandırılacaq.

Qaz verilişi işlər yekunlaşdıqdan dərhal sonra bərpa olunacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki