Rəhbərlik “Səbail”in ön xətt oyunçusu Amil Yunanova maraq göstərməyə başlayıb. “Səbail”lə müqavilə müddəti mövsümün sonuna qədər olan 28 yaşlı Yunanov da yetirməsi olduğu komandaya qayıtmağın əleyhinə deyil.
Bu keçid reallaşarsa, Amilin karyerasında ikinci dəfə “Qəbələ” macərası başlayacaq. 2011-ci ildə akademiyadan əsas komandaya cəlb edilən futbolçu 2 il Premyer Liqada çıxış etdikdən sonra “Qəbələ”dən ayrılıb.

























