Doğru.az xəbər verir ki, bu gün haqqında danışacağımız şəhidimiz, Biləsuvar rayon sakini, Astanlı İqbal İlqar oğlu 10 sentyabr 1997-ci ildə Biləsuvar rayonunda anadan olmuşdur.
İqbal kiçik yaşlarından idmanla məşğul olmuş, güləş üzrə dəfələrlə çempion olmuşdur. İqbal 2020-ci ildə, İkinci Qarabağ müharibəsinin Xüsusi qəhrəmanlıq göstərən, həm də özünü vətən yolunda sipər edən hərbiçilərimizlə çiyin-çiyinə düşmənlə vuruşmuşdur.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov və rayon ağsaqqalları, təşkilatının rəhbərliyi və iş adamı, digər rəsmi şəxslər Vətən müharibəsinin qəhrəmanı şəhid, Astanlı İlqarın məzarı önünə tər güllər düzərək məzarı ziyarət ediblər.
Allahdan şəhidimizə rəhmət, yaxınlarına səbir diləyirik.



























