image-2000x150px
image-123
image-ads_atlas
image-263a940d-6cb3-3c12-a184-d4cd8033d490_850_-1backend

“Qələbəmi Prezident İlham Əliyevə həsr edirəm”

image-728x90px

“Cənab Prezident həmişə olduğu kimi bu dəfə də idmançıları tək qoymadı, gəlib bizimlə görüşdü. Ona görə də qələbəmi Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya həsr edirəm”.

Doğru.Az xəbər verir ki, bunu “Report”a Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanması barədə danışarkən deyib.

65 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxmış 31 yaşlı idmançı İslamiadanın çox güclü yarışlardan biri olduğunu bildirib: “Bilirsiniz ki, 2017-ci ildə Bakıdakı Oyunlarda da qalib gəlmişdim. Sevindirici haldır ki, burada da qızıl medal qazandım”.

Əliyev iranlı Murteza Hassan Ali ilə 1/4 final qarşılaşmasında hakim ədalətsizliyi ilə üzləşməsinə də toxunub: “Mənə qarşı çox haqsızlıq oldu. Amma buna baxmayaraq, xalçada öz gücümü göstərdim. Əvvəlki mərhələdə Türkiyə idmançısı Hassan Aliyə uduzmuşdu. Hakimlər istəyirdilər ki, öz güləşçiləri üçün medal şansı yaransın. Bununla belə, işimin öhdəsindən gələ bildim”.

Üçqat Avropa və üçqat dünya çempionunun sözlərinə görə, əsas hədəfi 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında uğur qazanmaqdır: “Qarşıda dünya çempionatı var. Orada iştirak edib-etməyəcəyimi bilmirəm. Bütün gücümü olimpiadaya saxlamaq istəyirəm. Gələn il lisenziya turnirləri var”.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki