image-n1karobka_ads
image-123
image-tramp-5backend

Qərb: Tramp dünya nizamını dönməz şəkildə dəyişib

image-ad_qayo_720x110px

ABŞ prezidenti Donald Tramp Ağ Evə qayıtdıqdan sonra cəmi altı ay ərzində dünya düzənində dönüş nöqtəsi yaradıb.

Doğru.az xəbər verir ki, bu barədə “Politico” qəzeti Amerika və Avropa rəsmilərinə istinadən yazıb. Bildirilir ki, Tramp administrasiyası İkinci Dünya Müharibəsindən sonra formalaşan beynəlxalq sistemə – o cümlədən azad ticarət və uzunmüddətli əməkdaşlıq prinsiplərinə ciddi zərbə vurub.

ABŞ-ın keçmiş dövlət katibi Kondoliza Rays bildirib: “Biz yəqin ki, köhnə sistemə qayıtmayacağımızı etiraf etməliyik.”

Qəzet qeyd edir ki, Trampın ilk prezidentliyi dövründə milli təhlükəsizlik strukturlarındakı ekspertlər onun siyasətinə təsir edə biləcəklərinə inanırdılar. Lakin bu gün həmin dairələr administrasiyaya təsir etməyin belə çətinləşdiyini bildirirlər.

Xatırladaq ki, bu ilin yazında Argentina prezidenti Xavyer Miley Rusiyanı yeni dünya nizamının liderlərindən biri adlandırmışdı. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev də hesab edir ki, dünyada artan gərginlik yeni dünya nizamının formalaşmasına zəmin yaradır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki