image-ads_n1karobka_mobile
image-678b651eae5ac973577062adbackend

Qətər Xarici İşlər Nazirliyi: Qəzzada atəşkəs yanvarın 19-da səhər saatlarında başlayacaq

image-add-a-heading

Qəzza zolağında atəşkəs yanvarın 19-da yerli vaxtla saat 08:30-da başlayacaq. Bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid əl-Ənsari məlumat verib.

“Razılaşma tərəfləri ilə vasitəçilər arasında razılığa əsasən, Qəzza zolağında atəşkəs razılaşması bazar günü, yanvarın 19-u saat 08:30-da başlayacaq”, – deyə RİA Novosti onun sözlərini sitat gətirib.

Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahunun ofisi Qəzza zolağında atəşkəs razılaşmasının icrasına yanvarın 19-da başlanacağını təsdiqləyib.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki