Doğru.az xəbər verir ki, Qətərdə 2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatı üçün növbəti – dördüncü stadionun rəsmi açılışı olub.
“Əl-Rayyan” adı verilən stadion 40 min azarkeş tutumuna malikdir.
Arenada ölkənin dəyərlərini əks etdirən parıldayan, işıqlı və naxışlı fasad var. Stadion dünya çempionatının 7 oyununa ev sahibliyi edəcək. Qətərdə DÇ-2022 üçün daha əvvəl “Xəlifə”, “Əl-Canub” və “Edyukeyşn Siti” arenaları açılıb.

























