image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-1-1backend

Qida sahəsində fəaliyyət göstərən altı müəssisədə nöqsanlar aşkarlandı

image-728x90px

Qida sahəsində fəaliyyət göstərən altı müəssisədə nöqsanlar aşkarlanıb.

Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, avqustun 8-də Agentlik əməkdaşları respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 15 ticarət müəssisəsi və bir ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə altı müəssisədə nöqsanlar müəyyən ediblər.

Bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı üç, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı beş, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı üç, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı iki, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı üç nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki