image-n1karobka_ads
image-123
image-6868f88302e8bd08d87a1c9bbackend

Qırğızıstan Prezidenti: Rus dili ölkədə vacibdir

Qırğızıstan Prezidenti Sadır Japarov “Kabar” xəbər agentliyinə verdiyi müsahibədə bildirib ki, ölkə vətəndaşlarının rus dilinə ehtiyacı var.

O qeyd edib ki, MDB ölkələrində Qırğızıstan vətəndaşları ünsiyyət üçün əsasən rus dilindən istifadə edirlər, Avropa və Asiyaya səfərlər zamanı isə rus dilindən tərcüməçilər vasitəsilə yararlanırlar.

Japarov siyasətçilərin rus dilinin statusunu dəyişdirmək təklifini doğru saymayaraq, bunun əksinə olduğunu vurğulayıb. O, ölkədə qırğız dilinin inkişafı ilə yanaşı, rus və ingilis dillərinin də qlobal dillər kimi dəstəklənməsinin vacib olduğunu bildirib.

Sadır Japarov iyulun 2-də Moskvada işgüzar səfərdə olub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki