image-2000x150px
image-123
image-ads_atlas
image-ddddddssssbackend

Qırmızı-Körpü” gömrük postunda 647 avtomobil gözləyir

image-728x90px

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı-Körpü” gömrük postunda hazırda 647 avtomobil gözləyir.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) xəbər verib.

Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, “Biləsuvar” gömrük postunda 65, “Mazımqara” gömrük postunda 27, “Samur” gömrük postunda 48, “Xanoba” gömrük postunda 17 yük maşını var. “Astara” gömrük postunda isə maşın yoxdur.

“AYNA gömrük-sərhəd məntəqələrində yük maşınlarının sayı ilə bağlı daşıyıcıların məlumatlandırılmasını davam etdirir. Bu da onlara səfərlərini planlayarkən gömrük postundakı mövcud vəziyyətə uyğun olaraq addım atmağa imkan yaradır”, – deyə məlumatda qeyd olunub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki