image-n1karobka_ads
image-123
image-1747901483392850396_1200x630backend

QMİ Qurban bayramı ilə bağlı fətva açıqladı

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Qurban bayramının tarixini və şəriətə uyğun olaraq heyvan kəsimi ilə bağlı qaydaları əhatə edən fətva verib.

Doğru.az xəbər verir ki, fətva QMİ-nin Qazılar Şurasının iclasında sədr, şeyxülislam Allahşükür Paşazadə tərəfindən elan olunub.

Fətvada qeyd olunur ki, Şamaxı Astrofizika Rəsədxanasının 14 may 2025-ci il tarixli rəsmi məktubuna əsasən, Azərbaycan səmasında Hilal ayının görünməsi Zilhiccə ayının 10-na – yəni 6 iyun 2025-ci ilə təsadüf edir. Bu tarixdən etibarən 3 gün ərzində qurban kəsilməsi mümkündür.

Qeyd olunub ki, iyunun 6-da ölkə məscidlərində bayram namazları qılınacaq. Həmin günlər – 6 və 7 iyun tarixləri dövlət tərəfindən rəsmi qeyri-iş günləri kimi elan edilib. QMİ dövlətin dinə və dindarlara göstərdiyi diqqətə görə təşəkkürünü bildirib, din-dövlət münasibətlərinin möhkəmlənməsi yolunda görülən işlərə uğurlar arzulayıb.

Fətvada həmçinin qurbanlıq heyvanlarla bağlı şəriət tələbləri də xatırladılıb. Adətən qoyun seçilir, lakin keçi, inək və dəvə də qurbanlıq üçün uyğundur. Kəsiləcək heyvan sağlam, fiziki cəhətdən yararlı və müəyyən yaş həddinə çatmış olmalıdır: qoyun və keçi üçün ən azı 1 il, inək və öküz üçün 2 il, dəvə üçün isə 5 il.

Kəsim zamanı heyvanın üzü qibləyə çevrilməli, “Bismillah, Allahu Əkbər” deyilərək niyyətlə kəsilməlidir. Qurbanın ətinin bölgüsü isə üç yerə tövsiyə olunur: bir hissə qurbanı kəsən şəxsin ailəsinə, bir hissə ehtiyacı olanlara, digər hissə isə qohumlara və dostlara paylanmalıdır. Qurban ayini təmiz və gigiyenik şəraitdə icra olunmalıdır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki