image-n1karobka_ads
image-123
image-17087506664342295_1200x630backend

Qobustanda mağazalardan oğurluq edən dəstə üzvləri saxlanılıb

Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat nəticəsində rayon ərazisində silsilə oğurluqlar edən dəstə üzvləri saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Doğru.az-a verilən məlumata görə, rayonun Çuxanlı və Yekəxana kəndlərində yerləşən, ümumilikdə, 3 mağazadan eyni gündə oğurluq edilməsi barədə şöbəyə məlumat daxil olub. Gecə saatlarında obyektlərə daxil olan naməlum şəxslər kassalardakı pulu, telefon danışıq kartlarını və dəyəri 1000 manatdan yuxarı tütün məmulatlarını oğurlayıblar. Keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən şəxslər – Fərid Ağarzazadə, əvvəllər də oğurluğa görə məhkum olunmuş Qəzənfər İsaqlı, Qərib İsmayılov, Cahandar Cəbrayılov və Müşviq Həsənov saxlanılıblar.

Araşdırma zamanı tanışların oğurluq məqsədilə paytaxtdan Qobustana gəldikləri və məqsədlərinə çatdıqdan sonra Bakıya qayıdaraq, əldə etdiklərini öz aralarında böldükləri müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

DOĞRU.AZ

image-170875243267217911_1200x630 image-1708752432218317830_1200x630 image-170875243260201402_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki