image-2000x150px
image-comp-versiya
“Formula 1″lə bağlı qərarbackend

“Formula 1″lə bağlı qərar

image-728x90px

“Formula 1” üzrə dünya çempionatının 2021 mövsümündə ilk sprint yarışının keçiriləcəyi yer müəyyənləşib.

Doğru.az xəbər verir ki, bu barədə “Formula 1″in rəhbəri Stefano Domenikali “Daily Mail”ə açıqlamasında bildirib.

O deyib ki, debüt sprint yarışı iyulun 17-də Böyük Britaniyadakı Silverstoun avtodromunda gerçəkləşəcək: “Qran-prinin nüfuzunu azaltmaq istəmirik. Yarış həftəsonunun əsas hadisəsi olaraq qalacaq. Ancaq cümə və şənbə günləri sprint üçün təsnifat keçiriləcək. Beləliklə, Qran-pridən bir gün əvvəl əhəmiyyətli yarışımız olacaq. Bu yarış təxminən 1,5 saat davam edəcək. Podium mərasimi həmin vaxt yox, bazar günü olacaq”.

Qeyd edək ki, sprint yarışlarda tribunalarda 100 mindən çox azarkeşin olacağı gözlənilir. Yeni mövsümdə üç “Formula 1” Qran-prisində sprint yarışları nəzərdə tutulub.

Qeyd edək ki, “Formula 1″də 2021 mövsümü 26 – 28 martda Bəhreyn Qran-prisi ilə start götürəcək. Azərbaycan Qran-prisi 4 – 6 iyunda gerçəkləşməlidir. Britaniya Qran-prisi 16 – 18 iyulda olacaq.

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki