image-n1karobka_ads
image-123
image-17476561755833234251_1200x630backend

Qusar rayonunda 6 kəndi birləşdirən yol yenilənir – FOTO

Qusar rayonunun kəndlərini birləşdirən əsas avtomobil yollarından biri yenilənir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 5 minə yaxın sakinin yaşadığı Quxuroba, Hiloba, Yasaoba, Əniqoba, Aşağı İmamqulukənd və Şirvanlı kəndlərini birləşdirən yolun əsaslı təmirinə başlayıb.

Doğru.az xəbər verir ki, uzunluğu 26,7 kilometr olan yol 4-cü texniki dərəcəyə uyğun şəkildə yenidən qurulur. Mövcud yolun eni 10 metrə qədər genişləndirilir. Hazırda ərazidə torpaq yatağının formalaşdırılması, hamarlanma və yolun normativ eninin bərpası üzrə işlər aparılır.

Yolun 12 kilometrlik hissəsi yararsız asfalt, qalan 14,7 kilometri isə çınqıl örtüyü ilə əhatələnmişdir. Növbəti mərhələdə yol əsasının tikintisi və asfalt-beton örtüyünün döşənməsi, həmçinin suötürücü boruların quraşdırılması nəzərdə tutulur.

Layihənin son mərhələsində yol nişanları, kilometr göstəriciləri və yol-cizgi xətləri ilə hərəkətin təhlükəsiz və sistemli təşkili təmin olunacaq.

Bu layihə rayonun kəndlərarası infrastrukturunun yaxşılaşdırılmasına, əhalinin gündəlik həyatının asanlaşdırılmasına və regionun inkişafına mühüm töhfə verəcək.

Mənbə: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi / Doğru.az

image-17476561754086964182_1200x630 image-1747656175111975130_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki