image-n1karobka_ads
image-123
image-17230998115987143377_1200x630backend

Qusarçay üzərindəki sel aparan yolun bərpasına başlanılıb

image-ad_qayo_720x110px

Qubada Qusarçay üzərində yerləşən təmirə bağlanmış körpüyə alternativ çəkilən yolun sel yuyan hissəsinin bərpasına başlanılıb

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bölgədə yağan güclü yağışlar nəticəsində Qusarçaya gələn güclü sel iyulun 26-da alternativ yolun bir hissəsini yuyub. Bu səbəbdən hazırda Qubadan dövlət sərhədi, həmçinin Xudat şəhəri istiqamətində gedən yolda avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

Qubada yerləşən “5 saylı Yol İstismarı” MMC-nin mühəndisi Rövşən Babayev AZƏRTAC-a bildirib ki, çayda suyun səviyyəsi azaldıqdan sonra körpü yaxınlığındakı alternativ yolda bərpa işlərinə başlanılıb: “Ötən gündən yolda bərpa işlərinə başlamışıq. Hazırda çayda sel suları azalıb. Texnikalarımız əraziyə cəlb olunub. Alternativ yol 2-3 gün ərzində bərpa ediləcək”.

Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 181-ci kilometrliyində Qusarçay üzərindəki körpüdə əsaslı təmir işlərinə iyul ayından başlanılıb. Uzunluğu 146, eni 10 metr olan körpünün əsaslı təmiri sentyabr ayında başa çatdırılacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki