Bu gün UEFA Çempionlar Liqasında 1/8 finalın daha 2 oyunu keçiriləcək
Doğru.az xəbər verir ki, “Atalanta” doğma meydanda “Real”la qarşılaşacaq. Günün digər matçında isə “Mançester Siti” Münhenqladbax “Borussiya”sının qonağı olacaq. Qeyd edək ki. bu komandalar arasında cavab görüşləri martın 18-də oynanılacaq. Çempionlar Liqası, 1/8 final 24 fevral
00:00. “Atalanta” (İtaliya) – “Real” (Madrid, İspaniya)
00:00. “Borussiya” (Münhenqladbax, Almaniya) – “Mançester Siti” (İngiltərə)