“Real Madrid”in ulduzu zədə səbəbilə “Bayern” ilə oyunu buraxacaq.
Offsideplus.az xəbər verir ki, qapıçı Tibo Kurtuanın zədəsi bir qədər ciddi görünür.
İlkin tibbi müayinələr nəticəsində belçikalı qapıçının bud daxili əzələsi nahiyəsində yırtıq aşkarlanıb.
Zədənin dərəcəsi ağır olarsa, Kurtuanın “Bayern Munhen”ə qarşı keçiriləcək oyunu buraxacağı gözlənilir.
DOĞRU.AZ



























