image-2000x150px
image-123
image-ads_atlas
image-387482047_722093336215350_1407043315813215352_nbackend

“Real Madrid” Luka Modriçin gələcəyi ilə bağlı qərar verib

image-728x90px

“Real Madrid”in yarımmüdafiəçisi Luka Modriç 2023/2024 mövsümünün sonunda İspaniya komandasını tərk edəcək.

Məlumata görə, futbolçunun müqaviləsi başa çatır və Madrid klubunun rəhbərliyi xorvatiyalı futbolçuya yeni müqavilə təklif etməmək qərarına gəlib.

Modriç 2012-ci ildən “Los Blancos”da çıxış edir. Bu mövsüm yarımmüdafiəçi “Real Madrid”in heyətində bütün turnirlərdə 18 oyun keçirib və iki məhsuldar ötürmə edib. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 10 milyon avrodur.

Qeyd edək ki, “Real” La Liqanın turnir cədvəlində ikinci yerdədir, Karlo Ançelottinin komandası 16 matçda 39 xal toplayıb.

Mənbə: championat.com

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki