“Real Madrid” üçün sevindirici xəbər var.

Offsideplus.az xəbər verir ki, komandanın braziliyalı müdafiəçisi Eder Militau uzunmüddətli zədədən sonra geri dönüşə yaxındır.

Futbolçu dekabr ayından bəri ciddi arxa bud əzələsi zədəsi səbəbindən meydanlardan uzaq qalmışdı, lakin artıq komanda ilə tam məşqlərə başlayıb.

Militau milli komandaların oyunlarından sonra meydana qayıtmaq üçün çalışır. Onun əsas hədəfinin “Malyorka”ya qarşı oyun olduğu bildirilir.

Qeyd olunur ki, müdafiəçinin “Bavariya” ilə keçiriləcək qarşılaşmaların start heyətində yer alması ehtimalı azdır. Bununla belə, “Real Madrid” yarımfinala yüksələcəyi halda Çempionlar Liqasının növbəti mərhələsində onun oynaya biləcəyi istisna edilmir.

Komanda üçün müdafiədə vacib fiqur sayılan Militau həm keyfiyyəti, həm də liderliyi ilə “Real Madrid”ə ciddi töhfə verə bilər.

DOĞRU.AZ