image-2000x150px
image-123
image-ads_atlas
image-img_20210428_083330_088backend

Rəcəbov dünya çempionu ilə heç-heçə etdi, Məmmədyarov qələbə qazandı – YENİLƏNİB

image-728x90px

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkilatçısı olduğu Çempionlar Turunun “New in Chess Classic” mərhələsində 1/4 final görüşlərinin ilk günü çərçivəsində oyunlar keçirilib.

Doğru.az xəbər verir ki, azərbaycanlı şahmatçı Teymur Rəcəbovla norveçli Maqnus Karlsenin qarşılaşmasında bərabərlik qeydə alınıb.

Şəhriyar Məmmədyarov isə İrandan olan, ancaq FIDE bayrağı altında yarışan Əlirza Firuzca ilə qarşılaşmada üstün olub.

Bununla yanaşı, Vesli So (ABŞ) – Levon Aronyan (Ermənistan) və Le Kuanq Lim (Vyetnam) – Hikaru Nakamura (ABŞ) görüşləri də keçirilib.

Qeyd edək ki, 1/4 final iki gün ərzində keçirilən və hər biri 4 rapid oyunundan təşkil olunan iki qarşılaşmadan ibarətdir.

Beləliklə də, aprelin 28-i cütlüklər bir daha üz-üzə gələcək və yarımfinala vəsiqə qazananların adı məlum olacaq.(oxu.az)

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki