image-2000x150px
image-123
image-ads_atlas
image-img-20240317-wa0076backend

Regionlarda qadınlar üçün “Şəhər Hüququ: İştirakdan siyasətin qurulmasına qədər” təlimləri həyata keçirildi

image-728x90px

Regionlarda qadınlar üçün “Şəhər Hüququ: İştirakdan siyasətin qurulmasına qədər” təlimləri həyata keçirilib.

Lənkəran ,Quba və Zaqatala rayonunda müxtəlif icma qrupundan olan 100 qadın üçün hər regionda 3 gün olmaqla ümumilikdə 9 günlük təlim proqramına yekun vuruldu.

Beləki Şəhər hüququ yanaşmasının bir hissəsi olaraq, layihə həmçinin yerli və regionlarda qadınların təşəbbüs qruplarını, qadın icmalarını, qadın sahibkarları, qadın QHT-lərini həvəsləndirmək üsulu kimi qadınların şəhərə hüququnun tətbiqini təqdim edir.Qadının Şəhərə Hüququ yanaşması çərçivəsində qadın və qadın vətəndaş cəmiyyəti qruplarının öz yerli hökumətlərini bütün lazımi tədbirləri, yəni qaydalar, şəhərsalma, iqtisadi və sosial-hər cür formada birgə fəaliyyət çərçivəsində düşünməyə və qəbul etməyə təşviq edəcək bir konsepsiyadır..Layihə fəaliyyətləri vasitəsilə həll edilən problemlərin köklü səbəblərini həll edərkən əsas diqqət DİM 16 və onun hədəfi 16.7 olmuşdur. (Bütün səviyyələrdə həssas, inklüziv, iştirakçı və təmsilçi qərarların qəbulunu təmin etmək)

Layihə rəhbəri Fəxrəddin Həsənzadənin sözlərinə görə Qadınların Şəhərə Hüququ yanaşmasından istifadə edərkən, layihənin hədəf qrupları tərəfindən işlənib hazırlanmış və həyata keçirilən faktiki fəaliyyətlərlə potensialın gücləndirilməsinin birləşməsini özündə birləşdirəcək metodologiya tətbiq ediləcəkdir ki, bu özlüyündə nəticəsi regionda fəaliyyət göstərən qadın VCT qruplarının yerli genderə cavab verən siyasətin müəyyən edilməsi və siyasət dialoq proseslərinə töhfə verməklə daha effektiv olmasına imkan verəcək. Bu proqram qadınların və qadın VCT qruplarının genderə həssas siyasətdə potensialının artırılmasına nail olacaq. Konkret siyasət tövsiyələrini hazırlayacaq “qadınların şəhər hüququ” koalisiyalarının yaradılması və nəhayət, “qadınların şəhər hüququ” koalisiyalarının təşəbbüs qrupları kimi institusionallaşdırılması və Azərbaycanda ən yaxşı təcrübə kimi belə bir modallığın təşviq olunacaq.

Qeyd edək ki , proqram Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsinin dəstəyi ilə Gənclər üçün Təhsil Mərkəzi İctimai Birliyinin “Şəhər Hüququ: İştirakdan siyasətin qurulmasına qədər” təşəbbüsü çərçivəsində Gənclər üçün Təhsil Mərkəzi MMC-nin icra dəstəyi ilə həyata keçirilir.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki