image-n1karobka_ads
image-123
image-17248426692215860971_1200x630backend

Rəqəmsal inkişaf və nəqliyyat naziri Masallıda vətəndaşlarla görüşəcək

image-ad_qayo_720x110px

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev sentyabrın 5-də Masallı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Lerik və Astara rayonlarının sakinləri ilə görüşəcək.

Nazirlikdən Doğru.az-a bildirilib ki, nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Qəbula sentyabrın 4-dək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı Mərkəzi (1655) və elektron poçtu (office@mincom.gov.az), həmçinin 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda sentyabr ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçiriləcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki