image-ads_n1karobka_mobile
Rəşad Sadıqov “Zirə”ni təcrid etdibackend

Rəşad Sadıqov “Zirə”ni təcrid etdi

Son vaxtlar Azərbaycan futbolunda koronavirusa yoluxma hallarının artmasını nəzərə alan “Zirə” klubu təhlükəsizlik tədbirlərini gücləndirib.

Doğru.az “Report”a istinadən xəbər verir ki, qəsəbə təmsilçisi öz bazasında tam təcrid olunub. Komanda qış fasiləsinədək burada qalacaq.

Bu addım futbolçuların başqaları ilə ünsiyyətdə olmasını və yoluxma riskini minimuma endirmək məqsədilə atılıb.

Qeyd edək ki, “Zirə”də baş məşqçi Rəşad Sadıqovun köməkçisi Eltun Yaqublu, futbolçulardan Ali Sesay, Klesio Bauk və Kərim Diniyev koronavirusa yoluxub. Hazırda onlardan yalnız Diniyev aktiv xəstədir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki