image-ads_n1karobka_mobile
Rəşad Sadıqovdan növbəti sərt qərar – “Zirə”nin legionerləribackend

Rəşad Sadıqovdan növbəti sərt qərar – “Zirə”nin legionerləri

Premyer Liqada baş məşqçi kimi debüt ilində uğur qazanmağı hədəfləyən Rəşad Sadıqov koronavirusla mübarizə aparmaq üçün müxtəlif addımlara əl atır.

38 yaşlı mütəxəssis növbəti dəfə sərt qərar qəbul edib. Belə ki, “Zirə”nin legionerləri dövrələrarası fasilədə Azərbaycanı tərk etməyəcək. Yerli futbolçularla bağlı durum da çox güman eyni olacaq. Sadıqov komanda ilə görüşərək məlum vəziyyət haqda danışıb, koronavirusa yoluxmağın fəsadlarından söz açıb və bununla da əcnəbilərin könlünü, həm də razılığını almağı bacarıb.

Bu isə o deməkdir ki, “Zirə”nin məşqçi və futbolçu heyəti Milad və Yeni il bayramlarında da “kazarma vəziyyəti”ndə olacaqlar. Kollektivin bayramları ailə şəklində birlikdə qeyd edəcəyi ehtimal olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki