Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək “Qarabağ”–“Ayntraxt” matçı öncəsi paytaxtda hava şəraiti dəyişib.
Qafqazinfo.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionuna qar yağıb və arenanın ot örtüyü qarın altında qalıb.
Qeyd edək ki, “Qarabağ”–“Ayntraxt” qarşılaşması bu gün saat 21:45-də başlayacaq.
Həmin görüntüləri təqdim edirik.
DOĞRU.AZ




























