image-2000x150px
image-123
image-ads_atlas
Reynaldo karyerasını niyə bitirib? – Özü açıqladıbackend

Reynaldo karyerasını niyə bitirib? – Özü açıqladı

image-728x90px

“Qarabağ”ın sabiq futbolçusu Reynaldo Silvanın karyerasını 31 yaşında başa vurması bir qədər təəccüblü oldu.

Doğru.az xəbər verir ki, Azərbaycana gəlmiş ən yaxşı legionerlərdən biri olan braziliyalı hücumçu qərarının səbəbini Qol.az-a açıqlayıb. O, ailəsinin yanında olmaq istədiyi üçün bu addımı atdığını bildirib: “Əvvəlcə bütün Azərbaycana salam göndərirəm. Qərarıma gəlincə, 6 ay evdə qalmaq istəyirəm. Ancaq yəqin ki, ilin ortasında qərarımı dəyişməyəcəyəm. Çünki bundan sonra ailəmin yanında olmaq istəyirəm”.

Qeyd edək ki, 2013-2017-ci illərdə “Qarabağ”da çıxış etmiş futbolçu bu müddətdə 87 oyuna 43 qol vuraraq Ağdam təmsilçisinin uğurlarında böyük pay sahibi olub. 2019-cu ildə yenidən “Qarabağ”a qayıdan futbolçu həmin il Qazaxıstanın “İrtış” klubuna keçib. Onun son klubu isə Batumi “Dinamo”su olub.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki