image-2000x150px
image-123
image-ads_atlas
image-71-pic_32ratio_900x600-900x600-84313backend

Ronaldo Superkubok matçında qalmaqallı şəkildə qırmızı vərəqə almasından danışıb

image-728x90px

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo ilk dəfə sosial şəbəkələrdə Səudiyyə Ərəbistanı Superkubokunun yarımfinalında “Əl-Hilal”la (1:2) qarşılaşmada qalmaqallı şəkildə qırmızı vərəqə almasından danışıb.

Ronaldo yazıb: “Sevgi və minnətdarlıq həyata ideal yanaşmadır”.

Oyunun 86-cı dəqiqəsində Ronaldo rəqib oyunçuya dirsəyi ilə zərbə endirib və buna görə meydandan qovulub. Bundan sonra portuqaliyalı kapitan sarğısını ataraq hakimə tərəf yelləyib. Meydanı tərk edən zaman futbolçu hakimi alqışlayıb və azarkeşləri də buna sövq edib.

“Əl-Hilal” 2:1 hesabı ilə qalib gəlib. Qaliblərdən Salem Əl-Dəvsəri və Malkom dəqiq zərbələrlə fərqləniblər. Sadio Mane “Əl-Nasr”ın qolunu vurub.

Final matçında “Əl-Hilal” “Əl-İttihad”la qarşılaşacaq.

Mənbə: NTV Spor

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki