AFFA-ya yeni prezident seçilib.
Doğru.az Qol.az-a istinadən xəbər verir ki, qurumun bu gün keçirilən Hesabat-Seçki konfransında SOCAR rəhbəri Rövşən Nəcəf AFFA-nın yeni prezidenti seçilib.
Son 16 ildə AFFA-ya rəhbərlik etmiş Rövnəq Abdullayev namizədliyini irəli sürməyib. Bu dəfə yeganə namizəd SOCAR-ın prezidenti Rövşən Nəcəf olduğundan o, AFFA-nın növbəti prezidenti seçilib.
Beləliklə, R.Nəcəf Fuad Musayev, Ramiz Mirzəyev və Rövnəq Abdullayevdən sonra AFFA tarixində 4-cü prezident olub.
DOĞRU.AZ