image-2000x150px
image-123
image-ads_atlas
image-bez-nazvaniya-12backend

Rövşən Rüstəmov: “Qızıla bərabər gümüş medal qazanmağımız ciddi uğurdur”

image-728x90px

“Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilmiş yeniyetmələr arasında dünya çempionatında qızıla bərabər gümüş medal qazanmağımız artıq ciddi uğurdur”.

Bunu  Türkiyəyə ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Rövşən Rüstəmov deyib.

O bildirib ki, 24-28 avqust tarixlərində Sarayevoda keçirilmiş yeniyetmələrin dünya çempionatında qazanılan uğur bir günün nəticəsi deyil: “Bunun üçün uzun müddətli hazırlıq keçilmişdi. Qısa müddətli hədəfimizdə dünya çempionatı, uzun müddətli hədəfimizdə isə Parisdə keçiriləcək Olimpiya Oyunlarında medallar qazanmaq var. Daşkənddəki dünya çempionatından böyük gözləntilərimiz var. Bunun üçün artıq bir neçə aydır hazırlıqlar keçir. Milli komanda bunun üçün Azərbaycanın Göygöl rayonunda və Gürcüstanda təlim-məşq toplanışında olub. Həm baş məşqçimiz, həm də performans direktorumuz bu uğurun əldə olunması üçün çalışır”.

Rövşən Rüstəmovun sözlərinə görə, ACF idmançıların təkcə texniki və taktiki yöndə hazırlaşması üçün yox, həm də nizamlı olması üçün də iş görür: “Biz cüdoya təkcə idman növü kimi baxmırıq. Cüdo həm də bizim üçün ciddi analitik təhlil aparmaq üçün bir obyektdir. Yaxınlarda biz yeni proqram təminatının istifadəsinə başladıq. İdmançıların bütün yarışları videolent vasitəsilə ciddi təhlil olunur və bizim baş məşqçilərə cüdoçuların harada səhv etməsi barədə tövsiyələr verir. Eyni zamanda federasiya olaraq klubların lisenziyalaşdırılmasını yaxın zamanlarda həyata keçirməyi planlaşdırırıq. Azərbaycanda 100-dən artıq cüdo klubu var ki, onların yenidən lisenziyalaşdırılmasına ehtiyac var. Valideynlər övladlarını hansı müəllimin ixtiyarına verdiyini bilmək istəyir. Həm məşqçilərin, həm də hakimlərin yenidən sertifikasiyadan keçməsi üzərində çalışırıq. Ümid edirik ki, ilin sonunadək bütün bu işləri yekunlaşdıracağıq”.

Federasiyanın vitse-prezidenti Azərbaycan cüdosunun 50 illiyi münasibəti ilə silsilə tədbirlərin olacağını bildirib: “Həmin tədbirlər planı üzərində çalışırıq. Noyabr ayında Bakıda “Böyük Dəbilqə” turniri keçiriləcək. Həmin tədbir çərçivəsində Azərbaycan cüdosunun 50 illiyinə həsr olunan silsilə tədbirlər olacaq”.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki