Xalq artisti Röya Ayxan, sevilən “Gizli sevgi” bəstəsini bu dəfə akustik versiyada təqdim edib.
Doğru.az xəbər verir ki, sözləri Cəlal Qurbanova, musiqisi isə Ramal İsrafilova məxsus olan mahnıya yeni nəfəs verən akustik tərtibat, maestro Sezgin Tellaloğlunun rəhbərlik etdiyi orkestrin müşayiəti ilə ərsəyə gəlib.
Pop ulduzun ifasında yeni səslənən “Gizli sevgi” bu dəfə canlı instrumental ifalarla müşayiət olunub. Layihədə ümumilikdə 13 musiqiçi iştirak edib.
Akustik layihəyə Türkiyədə video çarx da çəkilib. Klipin rejissoru məşhur sənət adamı Kemal Başbuğdur.
Röya Ayxanın bu fərqli təqdimatı həm sənətsevərlər, həm də musiqi peşəkarları tərəfindən maraqla qarşılanıb.
DOĞRU.AZ