Xalq artisti Röya Ayxanın səhnə fəaliyyətinin 25 illiyinə həsr olunmuş solo konsertinin ilk günü Heydər Əliyev Sarayında böyük coşqu ilə keçirilib.
Doğru.az xəbər verir ki, “Pop kraliça” gecə boyunca tamaşaçılara unudulmaz anlar yaşadıb. Röya səhnədə iki yeni mahnı – qardaşı İsmayıl Nəcəfovun “Günahkar Kimdir” və Murad Arifin “Ayrılan adamlar” adlı ifalarını təqdim edib.
Konsert “Gizli sevgi” mahnısı ilə açılıb. Röya xüsusi brendlərdən hazırlanmış, qaşlarla bəzədilmiş qara libasda səhnəyə çıxaraq tamaşaçıların alqışını qazanıb. Gecə ərzində o, iki fərqli səhnə obrazında çıxış edib, saç və makiyajını Elnur Həsənov hazırlayıb.
Tamaşaçılar konsertə böyük maraq göstərib – biletlər satışa çıxarıldıqdan cəmi üç gün sonra tam satılıb. Röya Ayxan yubiley konsertlərini sabah da Heydər Əliyev Sarayında davam etdirəcək.
DOĞRU.AZ




























