Doğru.az xəbər verir ki, Azərbaycanın xalq artisti, Pop Kraliçası Röya Ayxan bu il səhnədəki 25 illik yubileyini möhtəşəm solo konsertlə qeyd etməyə hazırlaşır. 31 oktyabr tarixində keçiriləcək yubiley gecəsinin biletləri satışa çıxarıldığı andan etibarən qısa müddətdə tamamilə tükənib.
Sənətçinin pərəstişkarlarının böyük marağını nəzərə alaraq Röya Ayxan 1 noyabr tarixinə əlavə konsert günü elan edib. Bu xəbəri sənətçi şəxsən öz “Instagram” səhifəsinin hekayəsində paylaşaraq belə deyib:
“31 oktyabr sold out! Sizin üçün 1 noyabr tarixini əlavə etdik. Hazır olun!”
Röya Ayxanın yubiley konserti təkcə musiqi tədbiri deyil, həm də onun 25 illik sənət yoluna ehtiram gecəsi olacaq. Səhnədə səslənəcək sevilən hitlər, mükəmməl səhnə dekorasiyası, yüksək səviyyəli texniki təminat və sürprizlərlə zəngin proqramla konsert əsl musiqi bayramına çevriləcək.
Röya Ayxan bir daha sübut etdi ki, o təkcə səhnənin yox, xalqın da sevimlisidir. Sənətə sədaqət, zəhmət və sevgi ilə yazılmış 25 illik yolun zirvəsində bu konsertlər xalq artistinə göstərilən böyük ehtiramın parlaq ifadəsidir.
DOĞRU.AZ