image-n1karobka_ads
image-123
image-nocomment_165d30f192f334523a01eac70b36d0dd_v1ce56tkoumzlafqwh4sbackend

Rubio İranı müfəttişləri bütün nüvə obyektlərinə buraxmağa çağırır

ABŞ dövlət katibi Marko Rubio İranı müfəttişləri bütün nüvə obyektlərinə, o cümlədən hərbi obyektlərə buraxmağa çağırıb.

Bu barədə o, Fox News-a müsahibəsində bildirib.

“Əgər onlar dinc nüvə enerjisi istəyirlərsə, istənilən növ müfəttişlərə, o cümlədən Amerika müfəttişlərinə çıxışa icazə verməlidirlər”, – Rubionun sözlərindən sitat gətirir.

Bundan əvvəl məlum olmuşdu ki, ABŞ və İran arasında mayın 3-nə planlaşdırılan danışıqların növbəti raundu logistik problemlərə görə təxirə salınacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki