image-2000x150px
image-123
image-ads_atlas
image-thumbs_b_c_5ac7d5b5afafacb8dd11306c180960bbbackend

Ruhani kriptovalyuta fəaliyyətinin leqallaşdırılmasına çağırır

image-728x90px

İran Prezidenti Həsən Ruhani ölkədə kriptovalyuta fəaliyyətinin leqallaşdırılmasına və bu sahəyə investisiya qoyan vətəndaşların kapitalının qorunması üçün lazımi addımların atılmasına çağırıb.

İRNA-nın xəbərinə görə, Ruhani bu sahədə dinamik bir strategiya hazırlanmalı olduğunu və kriptovalyutaların ölkənin makroiqtisadiyyatındakı rolu ilə əlaqədar bütün lazımi tədbirlərin görülməsini vurğulayıb:

“Kriptovalyuta fəaliyyətini leqallaşdırmaq və bu sahədə xalqın kapitalını qorumaq üçün əlaqədar nazirliklər tərəfindən mümkün qədər tez həll yolu tapılmalı, lazımi qanunlar və təlimatlar hazırlanmalı və təbliğ edilməlidir”. (oxu.az)

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki