Stansiyanın Amerika seqmentinin ekipajı və Hyustondakı Missiyaya Nəzarət Mərkəzi ilk olaraq rus kosmonavtı Oleq Kononenkonu kosmosda 1000 gün qalmaq rekordu ilə təbrik etdi.
Bu barədə TASS məlumat yayıb.
“Xarici həmkarlar 1000 gün faktının nə vaxt gerçəkləşəcəyini diqqətlə izləyirdilər, çünki onlar bu hadisəni bütün dünya astronavtikası üçün mühüm mərhələ hesab edirlər”, – Kononenko bildirib.
İyunun 4-də məlum olub ki, Roskosmos kosmonavtlar korpusunun komandiri Oleq Kononenko Yerə yaxın kosmosda qalmaq üzrə yeni rekorda imza atıb. Onun fikrincə, bu nailiyyət kosmik təbabətin inkişafına və gələcək planetlərarası uçuşlara hazırlığa mühüm töhfə olacaq. Kononenko indi karyerasının 2024-cü ilin sentyabrında başa çatacaq beşinci kosmik missiyasındadır. İyunun 21-də o, kosmosda 60 illik yubileyini qeyd edəcək və bir il davam edən ekspedisiyanı başa vurduqdan sonra kosmosda ümumi vaxtı 1110 gün olacaq.
Mənbə: TASS