image-2000x150px
image-123
image-ads_atlas
image-1-pic_32ratio_900x600-900x600-43573backend

Rusiya ABŞ-a uran tədarükünü qabaqlayıcı şəkildə dayandıra bilər

image-728x90px

ABŞ Konqresi 2028-ci ildən Rusiya uranının idxalını qadağan edən qanunu qəbul edərsə, Rusiya ABŞ-a uran tədarükünü qabaqlayıcı şəkildə dayandıra bilər.

Bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Rusiya tərəfi hələlik bu məsələ ilə bağlı yekun qərar verməyib.

Dekabrın 12-də ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiya Federasiyasından uranın idxalını qadağan edən qanun layihəsini təsdiqləyib.

Söhbət Rusiya Federasiyasında və ya bu ölkədə qeydiyyatdan keçmiş müəssisələrdən birinin istehsal etdiyi aşağı zənginləşdirilmiş uranın idxalını məhdudlaşdıran qanun layihəsindən gedir. Eyni zamanda, təşəbbüs ABŞ-ın energetika nazirinə Dövlət Katibi və Ticarət Departamentinin rəhbəri ilə məsləhətləşərək, uran tədarükü üçün başqa mənbələr olmadıqda və ya Rusiya yanacağının idxalı mümkün olmadığı təqdirdə bu qadağanı ləğv etməyə icazə verir. ABŞ-ın milli maraqlarına uyğundur. Bu qadağa 2040-cı ilə qədər qüvvədə qalacaq.

Mənbə: Bloomberg

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki