image-n1karobka_ads
image-123
image-686b5f8c02e8bd3aa6515a32backend

Rusiya: “Qərb Ukraynada sülhə maraqlı deyil”

Rusiyanın ATƏT-dəki daimi nümayəndəsinin müavini Maksim Buyakeviç bildirib ki, Qərb ölkələri Ukraynadakı münaqişənin siyasi yolla həllində maraqlı deyillər və yalnız Moskvanın maraqlarını nəzərə almayan şərtlər irəli sürürlər.

Doğru.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Buyakeviçin sözlərinə görə, Qərbi Avropa və Böyük Britaniya nümayəndələri ATƏT çərçivəsində ultimatum xarakterli təkliflərlə çıxış edir və Rusiyanın mövqeyini nəzərə almırlar. Diplomat qeyd edib ki, bu yanaşma razılaşma əldə olunmasını mümkünsüz edir və münaqişənin daha da dərinləşməsinə səbəb ola bilər.

“Qərb atəşkəsdə maraqlı deyil”, – deyə Buyakeviç əlavə edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki