Səhər saatlarında Rusiya ordusu Ukraynanın hərbi-sənaye kompleksinin fəaliyyətini təmin edən Ukraynanın kritik əhəmiyyətli enerji infrastruktur obyektlərinə dəqiq silahlarla kütləvi zərbə endirib.
“Hücumun hədəfi Kiyev, Vinnitsa, Jitomir, Xmelnitski, Dnepropetrovsk, Poltava, Nikolayev, Kirovoqrad və Odessa vilayətlərindəki elektrik yarımstansiyaları olub”, – Rusiya Müdafiə Nazirliyi açıqlayıb.
Bundan əvvəl “Military Chronicle” Rusiyanın raket zərbəsi çərçivəsində Ukraynadakı hədəflərə çatanların sayını hesablamışdı.
Polşa ordusu Rusiyanın Ukraynaya endirdiyi zərbələri ən intensiv adlandırıb.
Mənbə RİA Novosti