Rusiya XİN rəhbərinin müavini Andrey Rudenko “Valday” Diskussiya Klubunun sessiyasında bildirib ki, Rusiya Ukraynanın nizamlanması məsələsində İranı vasitəçi kimi nəzərdən keçirməyə hazırdır.
“Hələ ki, biz belə siqnallar almamışıq, lakin əgər İran hazırda bir neçə onlarla ölkənin həyata keçirdiyi vasitəçilik səylərinə qoşulmaqda maraqlı olarsa, o zaman biz bunu nəzərdən keçirməyə hazırıq”, – TASS onun sözlərindən sitat gətirir.
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın niyə indi Ukrayna məsələsində vasitəçi kimi çıxış edə bilmədiyini açıqlayıb.
Mənbə TASS