image-n1karobka_ads
image-123
image-68b576a902e8bd65bd4e3f07backend

Rusiya və Hindistan aviasiya sahəsində yeni müqavilələr imzalayıb

image-ad_qayo_720x110px

Rusiya Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin (FSVTS) direktoru Dmitri Şuqayev bildirib ki, Rusiya və Hindistan 2025-ci ildə aviasiya sektorunda bir neçə iri müqavilə imzalayıb.

Doğru.az xəbər verir ki, Şuqayev bu barədə RİA Novosti-yə açıqlamasında deyib: “Bir neçə iri müqavilə imzalanıb. Bunlar aviasiya mövzularına aiddir”.

Daha əvvəl Military Watch Magazine qeyd etmişdi ki, Rusiyanın etibarlı tərəfdaş imici Hindistanı Amerikanın beşinci nəsil F-35 qırıcılarından imtina edib, Rusiya Su-57-ni seçməyə sövq edə bilər.

Fevral ayında “Rosoboroneksport”un baş direktoru Aleksandr Mixeyev bildirib ki, Moskva Hindistana Su-57E beşinci nəsil qırıcı layihəsi üzrə, o cümlədən birgə istehsal üçün tam əməkdaşlıq təklif etməyə hazırdır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki